Elmar Məmmədyarov Avstriya parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO

Elmar Məmmədyarov Avstriya parlamentinin vitse-spikeri ilə görüşüb - <span style="color: red;">FOTO
# 02 aprel 2014 15:46 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Avstriya parlamentinin vitse-spikeri Karlhaynz Kopfun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrin mövcud səviyyəsindən razılıq ifadə olunub, əməkdaşlığın inkişaf etdirilməsində parlamentlərarası əlaqələrin rolu qeyd edilib.

Görüşdə həmçinin siyasi, iqtisadi, mədəni, humanitar və turizm sahəsindəki əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR