“Lukoyl-Azərbaycan” Suraxanıdakı yanacaqdoldurma məntəqəsinə edilmiş basqınla bağlı məlumat yayıb - YENİLƏNİB - VİDEO

“Lukoyl-Azərbaycan” Suraxanıdakı yanacaqdoldurma məntəqəsinə edilmiş basqınla bağlı məlumat yayıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 24 iyun 2014 14:20 (UTC +04:00)

Şirkətin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, hadisə bu gün saat 04.15 radələrində Qaraçuxur qəsəbəsində baş verib.

Operatorların otağına daxil olan dörd nəfər maskalı silahlı şəxs kastetlə E.Kərimova başından xəsarətIər yetiriblər, R.İsmayılova isə dəmir parçası ilə zərbələr endiriblər. Bundan sonra maskalı şəxslər onların əl-olunu “skotç”la bağlayıblar.

Basqın nəticəsində 6 nömrəli “Lukoyl” yanacaqdoldurma məntəqəsindən 5 min manatdan çox pul və videomüşahidə sisteminin bloku oğurlanıb.

Ağır xəsarətlər almış E.Kərimov xəstəxanaya yerləşdirilib.

***

12.29

Bakı. Fuad Cəfərov – APA. Bakıda maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın ediblər.


Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə gələn 4 nəfər şəxs orada işləyən 26 yaşlı Elvin Kərimov və 21 yaşlı Röyal İsmayılovu tapançaya oxşayan əşya ilə hədələyiblər.

Sonra maskalı şəxslər yanacaqdoldurma məntəqəsinin işçilərinə küt alətlə xəsarət yetirərək seyfdə olan 5000 manat pulu və təhlükəsizlik kamerasının monitorunu götürərək oradan uzaqlaşıblar.

Hazırda polis hadisəni törədən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR