Milli Qəhrəman Gültəkin Əsgərovaya həsr olunan filmin təqdimat mərasimi keçirilib

Milli Qəhrəman Gültəkin Əsgərovaya həsr olunan filmin təqdimat mərasimi keçirilib
# 20 iyun 2014 12:49 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovaya həsr olunan "Gültəkin" filminin təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, təqdimat mərasimində G.Əsgərovanın anası, Şəhid Anaları Cəmiyyətinin sədri Rəfiqə Əsgərova çıxış edərək, Milli Qəhrəmanın keçdiyi döyüş yolundan danışıb. O, tədbirdə müəllifi olduğu və yeni çapdan çıxan "Gültəkin zirvəsi" kitabını təqdim edib, kitab haqqında məlumat verib.

Millət vəkili Qənirə Paşayeva Milli Qəhrəmanlara həsr olunan filmlərin, kitabların ictimaiyyətə təqdim olunmasını müsbət dəyərləndirərək qeyd edib ki, gənc nəslin tərbiyə olunmasında bu cür tədbirlərin böyük rolu var.

Anım tədbirində Ombudsman Aparatının mətbuat katibi Zemfira Məhərrəmli, hərbi diktor Şəmistan Əlizamanlı, filmin rejissoru Kəmalə Musazadə və başqaları G.Əsgərovanın şəhidlik yolundan, şəxsi şücaətlərindən bəhs ediblər.

Tədbirdə həmçinin bəstəkar Sevda İbrahimovanın bəstələdiyi, vokalçı Ramil Qasımovun ifa etdiyi “Gültəkin” poeması səslənib.

Qeyd edək ki, təqdimat mərasimi Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə keçirilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR