Vəkil: “Şahin Sultanov istintaqın gedişindən narazıdır”

Vəkil: “Şahin Sultanov istintaqın gedişindən narazıdır”
# 14 may 2014 15:30 (UTC +04:00)

Bu barədə APA-ya məlumat verən vəkil A.Məmmədov Ş. Sultanovun saxlanma şəraitindən və ya səhhəti ilə bağlı şikayətinin olmadığını qeyd edib: “Şahin Sultanovun vəziyyəti yaxşıdır”.

A. Məmmədov həmçinin qeyd edib ki, Ş. Sultanov istintaqın gedişindən narazı olduğunu və işin qərəzli aparıldığını deyib.

Qeyd edək ki, bir müddət əvvəl Respublika Hərbi Prokurorluğu tərəfindən HDQ-də yoxlamalar həyata keçirilib. Yoxlamalar zamanı HDQ-də qanun pozuntuları aşkar edilib.

Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.

Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR