«Accessbank» əmanət uduş kampaniyasına başlayıb

«Accessbank» əmanət uduş kampaniyasına başlayıb
# 28 yanvar 2014 13:17 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Accessbank» QSC «Şanslı əmanət» lotereyasına start verib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, yanvarın 28-dən martın 31-dək banka minimum 5 min manat məbləğində (və ya bu məbləğin ABŞ dolları ekvivalentində) əmanət yatıran bütün fiziki şəxslər, o cümlədən, rezidentlər və qeyri-rezidentlər bu lotereyada iştirak etmək hüququ qazanırlar.

Hər 5 min manat və ya onun ABŞ dolları ekvivalenti məbləğində yatırılan əmanət lotereyada iştirak etmək istəyən müştəriyə bir uduş şansı yaradır. Lotereyanın uduş fondu 1 ədəd «Volkswagen Passat» avtomobili, 2 ədəd 999 əyarlı 100 qramlıq qızıl külçə və balansında 500 manat olan 7 ədəd «Visa Gold» plastik kartından ibarətdir.

Lotereyanın uduş fondu bu ilin aprelin 8-də oynanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR