Daxili işlər orqanlarında vakant yerlərə xidmətə qəbul üzrə keçirilmiş test imtahanından 63 nəfər uğur qazanıb

Daxili işlər orqanlarında vakant yerlərə xidmətə qəbul üzrə keçirilmiş test imtahanından 63 nəfər uğur qazanıb
# 03 mart 2014 07:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 2-də Daxili İşlər Orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə keçirilmiş test imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan saat 10:00-da Bakı Slavyan Universitetinin binasında başlanıb və 3 saat ərzində aparılıb. İmtahan nəticələri elə həmin gün komissiyanın internet saytında yerləşdirilib.

Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılıblar. Müsabiqədə iştirak etmək üçün 159 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 4 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 155 namizəddən 63 nəfəri müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Ən yüksək nəticə 93 bal olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR