ATƏT Azərbaycanla kibertəhlükəsizlik sahəsində birgə işçi qrupu yaradacaq

ATƏT Azərbaycanla kibertəhlükəsizlik sahəsində birgə işçi qrupu yaradacaq
# 05 iyun 2014 07:13 (UTC +04:00)

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ə.Abbasov Azərbaycanda İKT sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları, həmçinin yüksək texnologiyalar, kosmik sənaye, telekommunikasiya, poçt, tezliklərin idarəedilməsi, kibertəhlükəsizliyin təmin olunması və digər istiqamətlər üzrə aparılan islahatlar, eyni zamanda perspektiv planlardan söz açıb.

Daha sonra nazirliklə ATƏT arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Kibertəhlükəsizlik istiqaməti üzrə ATƏT-in yetərli və zəngin təcrübəyə malik olduğunu vurğulayan A.Şaxtaxtinski Azərbaycanla bu sahədə əməkdaşlığın qurulmasında maraqlı olduqlarını ifadə edib.

Görüşdə sözügedən istiqamət üzrə birgə işçi qrupunun yaradılması və təcrübə mübadiləsi imkanları müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR