Azərbaycanda hərbi maşın aşıb, xəsarət alan var

Azərbaycanda hərbi maşın aşıb, xəsarət alan var
# 02 dekabr 2013 07:39 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Qazax rayonunda qeydə alınıb.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus “Zil” markalı yük avtomobili dağlıq ərazidə idarəetməni itirərək aşıb. Nəticədə sürücü, müddətdən artıq xidmət edən hərbçi Əfqan Salıfov xəsarət alıb. Yaralı hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Yaralı hərbçinin vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək Ə. Salıfov Qazax rayonundan hərbi xidmətə çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR