«Kapital Bank» xanım müştərilər üçün güzəştli kredit kampaniyası keçirir

«Kapital Bank» xanım müştərilər üçün güzəştli kredit kampaniyası keçirir
# 28 fevral 2014 10:58 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə nağd pul kreditləri üzrə endirim kampaniyası elan edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, martın 1-dən 7-dək nağd pul krediti almaq üçün «Kapital Bank»a müraciət edən xanım müştərilər həm kreditin illik faiz dərəcəsində, həm də komissiya haqqında 2% endirim qazanacaqlar.

Bank 6 min manatadək nağd pul kreditlərini ilkin mərhələdə özünün maaş və pensiya kartlarının sahiblərinə verir. Kampaniya müddətində kreditlər 24%-dən başlayan illik faiz dərəcəsi ilə, 36 ayadək müddətə təqdim olunur. Kreditlər zaminsiz, girovsuz və iş yerindən arayış təqdim olunmadan verilir. Müştərilər bu krediti «Kapital Bank»ın filiallarında hər gün saat 09:00-dan 17:00-dək, şənbə günləri isə 10:00-dan 14:00-dək ala bilərlər. Əlavə olaraq, digər banklarda aktiv öhdəliyi olan müştərilərə də kredit verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR