Balaxanı qəsəbəsində avtomobil aşıb

Balaxanı qəsəbəsində avtomobil aşıb
# 09 may 2014 12:37 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. Bakının Balaxanı qəsəbəsində avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, qəza “Təmiz Şəhər” ASC-nin qarşısında baş verib.

99-ET-897 dövlət nömrə nişanlı avtomobil yolun qırağındakı çuxura düşüb.

Hadisə baş verən zaman avtomobildə bir nəfər sərnişin olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı DYP araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR