Ukraynanın müdafiə nazirliyi: “Rusiya qoşunlarının sayını 16 minə çatdırıb”

Ukraynanın müdafiə nazirliyi: “Rusiya qoşunlarının sayını 16 minə çatdırıb”
# 03 mart 2014 22:07 (UTC +04:00)

APA-nın “Segodnya.ua” saytına istinadən verdiyi məlumata görə, bunu Ukrayna müdafiə nazirinin səlahiyyətlərini icra edən İqor Tenyux bəyan edib.

“Rusiyadan Ukrayna ərazisinə, təqribən, 5,5 min nəfərlik xüsusi təyinatlı qoşun hissələri yeridilib. Bununla Rusiya hərbçilərinin sayını 16 minə çatdırıb”, - deyə Tenyux “İnter” telekanalına bildirib.

Onun sözlərinə görə, bu, Krım donanması ilə bağlı iki ölkə arasında qüvvədə olan sazişi kobud surətdə pozur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR