Təzəpir məscidinin yerləşdiyi küçəyə Nabat Aşurbəyovanın adı verilib

Təzəpir məscidinin yerləşdiyi küçəyə Nabat Aşurbəyovanın adı verilib
# 10 dekabr 2013 14:00 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, bu barədə BŞİH başçısı Hacıbala Abutalıbov bu gün sərəncam imzalayıb.

Qeyd edək ki, Mustafa Sübhi (1888-1921) Türkiyə Kommunist Partiyasının lideri, Nabat Aşurbəyova (1795-1912) isə məşhur Azərbaycan xeyriyyəçisi olub. Təzəpir məscidi onun şəxsi vəsaiti ilə tikilib. Özünün və oğlu Hacı Abbasqulunun məzarları məscidin giriş qapısındadır. Təzə Pir məscidi keçmiş Mustafa Sübhi, bu gündən Nabat Aşurbəyovanın adını daşıyan küçədə yerləşir.

Nabat xanım dövlətli Bakı taciri Hacı Musa Rza Rzayеvin həyat yoldaşı olub. Onların izdivacından bir oğlan (Hacı Abbasqulu Rzayеv) və 2 qız - Əşrəf (Zülеyxa) xanım və Gülbəstə xanım dünyaya gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR