Azərbaycan Dövlət Aqrar Universiteti ilə Varşava Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Dövlət Aqrar Universiteti ilə Varşava Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanıb
# 25 aprel 2014 16:14 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Varşava Təbiət Elmləri Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Varşava Təbiət Elmləri Universitetinin rektoru, professor Alojzi Szimanski, prorektor Vieslav Bielavski, rektor ofisinin rəhbəri Anna Zuçovska və beynəlxalq əlaqələr şöbəsinin müdiri Miçezlav Riqalski Azərbaycan Dövlət Aqrar Universitetinin qonağı olublar.

ADAU-nun rektoru, professor İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universiteti və onun ölkənin kənd təsərrüfatı sektorundakı rolu barədə qonaqlara ətraflı məlumat verib. Varşava Təbiət Elmləri Universitetinin rektoru Alojzi Szimanski də öz növbəsində hər iki universitet arasında yaxın gələcəkdə birgə elmi tədqiqat və konfransların keçirilməsinin, tələbə-müəllim mübadiləsi prosesinin labüdlüyünü qeyd edib.

Sonra rektorlar əməkdaşlıq Memorandumu imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR