Siyəzəndə yük avtomobili aşıb, sürücü xəsarət alıb

Siyəzəndə yük avtomobili aşıb, sürücü xəsarət alıb
# 18 iyun 2014 06:35 (UTC +04:00)

Bakı – APA. Siyəzən rayonunda yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, rayonun Qalaşıxı kəndində (rayon mərkəzindən 15 km aralı) UAZ markalı yük avtomobili yolun kənarına aşıb.

Hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobil deformasiyaya uğrayıb, sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR