Azərbaycanda 9 illik təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatıb

Azərbaycanda 9 illik təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatıb
# 06 sentyabr 2013 14:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda 2013/2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisəsində qeydiyyatı başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu proses avqustun 29-dan başlanıb və bu gün saat 17:00-dək davam edib.

Qeyd edək ki, TQDK-nın yaydığı məlumatda bildirilirdi ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

Xatırladaq ki, qəbul imtahanı mərkəzləşmiş qaydada respublikanın 12 şəhərində keçirilib. Müsabiqədə iştirak etmək üçün 39 551 abituriyent ərizə verib. Abituriyentlərdən 13661 nəfəri orta ixtisas təhsili müəssisələrinə qəbul olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR