Almaniya və Avstriya prezidentləri 28 May – Respublika Günü münasibətilə Azərbaycan prezidentini təbrik ediblər

Almaniya və Avstriya prezidentləri 28 May – Respublika Günü münasibətilə Azərbaycan prezidentini təbrik ediblər
# 23 may 2013 15:49 (UTC +04:00)

Bakı-APA. Almaniya prezidenti Yoaxim Qauk 28 May – Respublika Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, təbrik məktubunda bildirilir:

“Cənab Prezident, Respublika Günü münasibətilə Sizə və xalqınıza həm öz adımdan, həm də xalqımın adından səmimi təbriklərimi çatdırıram. Almaniya-Azərbaycan münasibətləri ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından ötən 20 ildən artıq müddət ərzində bir çox sahələrdə birgə maraqlar və qarşılıqlı ehtiram zəminində daha da genişlənib və inkişaf edib. Azərbaycan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində Almaniyanın və Avropanın ən vacib tərəfdaşıdır.

Almaniya Azərbaycanı demokratiyanın inkişafı, hüquqi dövlət quruculuğu və Avropaya inteqrasiya yolunda gələcəkdə də qəti surətdə dəstəkləyəcək. Bütün siyasi məsələlərdə tərəfdaşlar arasında açıq dialoqun aparılmasını vacib hesab edirik. Sizə uğurlar, habelə Azərbaycan xalqına parlaq gələcək, sülh, tərəqqi və firavanlıq arzu edirəm”.

Avstriyanın Federal Prezidenti Haynts Fişer də Azərbaycan prezidentini 28 May – Respublika Günü münasibətilə təbrik edib: “Zati-aliləri, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq mənə xoşdur.

Fürsətdən istifadə edərək Sizə cansağlığı, Azərbaycan xalqına xoşbəxt gələcək arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR