İranda PEJAK üzvü edam edilib

İranda PEJAK üzvü edam edilib
# 28 oktyabr 2013 06:35 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda bir nəfər edam edilib.

APA-nın məlumatına görə, onun PKK-nın İran qolu sayılan PEJAK təşkilatının üzvü olduğu bildirilir. 34 yaşlı məhbus oktyabrın 26-da səhər saatlarında Salmas şəhərinin həbsxanasında dara çəkilib. Salmas şəhərinin sakini olan məhbusun ad və soyadı Rza İsmailidir (Mamedi).

Məhbus 2009-cu ilin iyununda həbs edilib və “Allaha qarşı müharibə aparmaq” ittihamı ilə ölüm cəzasına məhkum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR