Xələf Xələfov: “Rusiya ilə sərhədlərin demarkasiyası məsələsinə dair müzakirələrdə heç bir fikir ayrılığı yoxdur”

Xələf Xələfov: “Rusiya ilə sərhədlərin demarkasiyası məsələsinə dair müzakirələrdə heç bir fikir ayrılığı yoxdur”
# 18 may 2013 07:13 (UTC +04:00)

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirin müavini Xələf Xələfov verib.

Nazir müavininin sözlərinə görə, Moskvada keçirilən iclasda növbəti görüşün Azərbaycanda keçirilməsi barədə razılıq əldə olunub: “Görüşün keçirilməsi üçün işçi qrupların fəaliyyəti davam etdiriləcək. Onların həm Moskvada, həm Bakıda görüşlər keçirəcək, lazım gəldikdə isə sərhəddə belə görüşlər təşkil olunacaq. Görüşün vaxtı bizdən asılıdır və diplomatik kanallarla onun tarixi müəyyənləşəcək”.

X. Xələfov qeyd edib ki, demarkasiya prosesi çox çətin bir prosesdir, lakin bu prosesin qısa zamanda həll olunacağına ümidvardır: “Bu çox vacib, əhəmiyyət kəsb edən məsələdir. Həm kartoqrafik, həm topoqrafik, həm yerlərdə sərhədlərin nişanların quraşdırılması ilə bağlı müəyyən işlər aparılmalıdır”.

Bu məsələlərdə müəyyən fikir ayrılıqların olub-olmadığı barədə sualı cavablandıran Xələf Xələfov deyib ki, hazırda müzakirə aparılan məsələlərlə bağlı heç bir fikir ayrılığı yoxdur.

Gürcüstanla sərhəddə delimitasiya işləri barədə danışan nazir müavini deyib ki, bu işlər davam edir və demarkasiya prosesinə keçmək üçün hələ çox vaxt tələb olunur: “Gürcüstanla sərhədin üçdə ikisi razılaşdırılıb, bir çox açıq məsələlər var. Təbii ki, onları həll etmək üçün vaxt lazımdır, amma hər iki tərəf bu işin davam etdirilməsində israrlıdır. İşçi komissiyaların, ekspertlərin görüşü daim gündəlikdədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR