İsraildə “Azərbaycan – tolerantlıq ölkəsi” adlı fotosərgi keçirilir - FOTOSESSİYA

İsraildə “Azərbaycan – tolerantlıq ölkəsi” adlı fotosərgi keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 25 iyun 2014 08:04 (UTC +04:00)

Bakı-APA. İsrailin qədim Akko şəhərində “Azərbaycan – tolerantlıq ölkəsi” adlı fotosərgi açılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgi Heydər Əliyev Fondu və Azərbaycan Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (“Azİz”) tərəfindən təşkil olunub.

Akko şəhər merinin birinci müavini Zeev Noyman, Or-Akiv və Kiryat-Yama şəhər şuralarının deputatları Yosi Peysarov, Marqarita Kazakova kimi fəxri qonaqların iştirak etdiyi tədbir böyük maraqla qarşılanıb.

Fotosərginin açılışında şəhər merinin müavinləri Rauf Ağalarov, Zeev Noyman çıxış edərək Azərbaycandakı yəhudi icması haqda danışıblar.

Çıxışında “Azİz”in fəaliyyətinə toxunan Z.Noyman qeyb edib ki, təşkilat həyata keçirdiyi hər bir layihəsi ilə iki ölkə arasında mövcud əlaqələri daha da gücləndirir. O, Azərbaycanın dostluq və qarşılıqlı hörmətə əsaslanan siyasətinə rəğbətlə yanaşdığını deyib.

Çıxışlardan sonra proqramın bədii hissəsi baş tutub. Azərbaycan və İsrail Yazıçılar Birliyinin üzvü Anton Aqarunov şeirlərini Azərbaycan dilində səsləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR