Cənubi Qafqaz Boru Kəməri ilə gündə 12 mln. kubmetrdən artıq qaz ötürülür

Cənubi Qafqaz Boru Kəməri ilə gündə 12 mln. kubmetrdən artıq qaz ötürülür
# 07 avqust 2013 09:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin ilk 6 ayı ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə 5 mln. ABŞ dolları əsaslı xərclər sərf edilib.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bütün il üçün bu işlərə 13 mln. dollar əsaslı xərclər gözlənilir.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə “Şahdəniz” Mərhələ 1 qazını çatdırır.

İlin ilk altı ayında CQBK-nın gündəlik orta ötürücülük gücü 12 mln. kubmetrdən artıq qaz və ya gündə 73 min bareldən artıq neft ekvivalenti olub.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri sərmayədarları sırasına BP (texniki operator -25,5%), “Statoil” (kommersiya operatoru - 25,5%), «Azərbaycan CQBK Ltd» (10%), “Lukoil” (10%), NİKO (10%), “Total” (10%) və TPAO (9%) şirkətləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR