Azərbaycanda tibb işçilərinin peşə bayramı qeyd olunur

Azərbaycanda tibb işçilərinin peşə bayramı qeyd olunur
# 17 iyun 2014 08:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramı qeyd olunur. APA-nın xəbərinə görə, səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə tanınmış tibb işçiləri Fəxri xiyabana gələrək Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Sonra Şəhidlər xiyabanına gələn həkimlər Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Qeyd edək ki, ölkə prezidentinin “Tibb işçilərinin peşə gününün təsis edilməsi” haqqında sərəncamına əsasən hər il iyunun 17-ci Azərbaycan tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR