DAK və VHP Krım tatarlarına dəstək aksiyası keçirəcək

DAK və VHP Krım tatarlarına dəstək aksiyası keçirəcək
# 13 mart 2014 09:22 (UTC +04:00)

Bakı-APA. Martın 17-də saat 15:00-da Dünya Azərbaycanlıları Konqresi (DAK) və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) birgə təşkilatçılığı ilə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçiriləcək.

VHP-dən APA-ya verilən məlumata görə, piket Krım tatarlarına dəstək vermək məqsədilə təşkil ediləcək. Aksiyada Rusiyanın Krıma müdaxiləsini, Ukraynanın ərazi bütövlüyünün pozulmasına yönəlik cəhdləri pisləyən, Krım tatarlarına dəstək xarakteri daşıyan şüarlar səsləndiriləcək. Artıq piketlə bağlı mart ayının 12-də qanuna müvafiq olaraq DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlının adından Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktub da göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR