Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib
# 28 iyun 2014 12:54 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın Missisipi ştatından olan respublikaçı senator Rocer Uikerin və Nyu Cersi ştatından olan respublikaçı konqresmen Kristofer Smitin başçılıq etdikləri ABŞ nümayəndə heyətini qəbul edib.


Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyasının əhəmiyyətinə toxunularaq tədbirdə səmərəli müzakirələrin aparılacağı əminliklə qeyd olunub.


Söhbət zamanı ikitərəfli münasibətlərimizin müxtəlif sahələri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, ATƏT Parlament Assambleyası çərçivəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR