Bu gün Gürcüstanda 9 Aprel faciəsinin qurbanları yad edilir

Bu gün Gürcüstanda 9 Aprel faciəsinin qurbanları yad edilir
# 09 aprel 2014 10:40 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanda 1989-cu il aprelin 9-da baş verən faciənin 25-ci ildönümünə həsr olunan anım tədbirləri keçirilir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, gürcü xalqı və Gürcüstanda yaşayan digər millətlərin nümayəndələri Şota Rustaveli prospektində yerləşən Gürcüstan parlamentinin keçmiş binası qarşısındakı “9 Aprel” abidəsi önünə gedərək ora gül-çiçək dəstələri qoyurlar.

Bu gün Gürcüstanın prezidenti Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili, müdafiə naziri İrakli Alasaniya, digər hökumət üzvləri, keçmiş baş nazir Bidzina İvanişvili, çoxsaylı ictimaiyyət nümayəndələri, ictimai xadimlər, diplomatik korpus nümayəndələri 9 aprel qurbanlarını anıblar. G. Marqvelaşvili jurnalistlərə açıqlamasında faciə qurbanlarının azadlıq uğrunda həlak olduqlarını bildirib: “Azadlıq elə bir yüksək dəyərdir ki, onun yolunda həyatdan keçməyə dəyər”.

Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları da abidə önünə əklil və gül-çiçək dəstələri qoymaqla faciə qurbanlarını yad ediblər.

Qeyd edək ki, 1989-cu il aprelin 9-da Tiflisdə müstəqillik tələbi ilə keçirilən kütləvi aksiyanın dağıdılması zamanı hadisə yerində 16 nəfər həlak olub, sonra bu rəqəm 21-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR