Mingəçevirdə orta məktəbdə güclü yanğın baş verib

Mingəçevirdə orta məktəbdə güclü yanğın baş verib
# 30 yanvar 2014 10:34 (UTC +04:00)

Mingəçevir. Zahid Abışov - APA. Mingəçevirdə orta məktəbdə güclü yanğın olub.

APA - nın yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin 12 saylı orta məktəbində qeydə alınıb. Yanğını söndürmək üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Mingəçevir Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb olunub. Nəticədə 50 kvadratmetr sahəsi olan 1 otaq avadanlıqları ilə birlikdə tamamilə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Hadisə gecə saatlarında olduğu üçün xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR