Rövzət Qasımov: “Səslərin sayılması prosesində fasiləyə yol vermək olmaz”

Rövzət Qasımov: “Səslərin sayılması prosesində fasiləyə yol vermək olmaz”
# 02 avqust 2013 09:43 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxışı zamanı MSK Katibliyinin rəhbəri Rövzət Qasımov deyib.

R. Qasımov bildirib ki, DSK-lar seçki günü seçicilərin səsverməsi prosesində seçicilər üçün bütün şəraiti yaratmalıdırlar. Onun sözlərinə görə, seçkilərə saat 19.00-da yekun vurulsa belə, seçki məntəqəsinə gələn seçicilərə səsvermədə iştirak məhdudiyyəti qoyulmamalıdır: “Yəni məntəqədə olan seçici səs vermək üçün növbədə dayanarsa və onun növbəsi saat 19.00-dan sonraya çatarsa, burada seçici səsvermədən kənarlaşdırılmamalıdır”. R. Qasımov deyib ki, bu məsələ beynəlxalq qanunlar tərəfindən də təsdiq olunur.

Katibliyin rəhbəri səslərin sayılması prosesinə də toxunub: “Səslərin sayılması prosesi zamanı isə hər hansı bir fasiləyə - tənəffüsə yol vermək olmaz. Bu proses fasiləsiz davam etdirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR