Azərbaycanda qeyri-neft sektoruna yatırılan sərmayə 8% artıb

 Azərbaycanda qeyri-neft sektoruna yatırılan sərmayə 8% artıb
# 18 dekabr 2013 10:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14 592,3 mln. manat həcmində vəsait yönəldilib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8% çoxdur.

Bu ilin yanvar-noyabr aylarında 4 342,1 mln. manat (ümumi sərmayənin 29,8%-i) həcmində vəsait neft bölməsinə yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 33,9% çoxdur.

Qeyri-neft bölməsinin inkişafına sərf edilmiş vəsaitin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 10 250,2 mln. manat (ümumi sərmayənin 70,2%-i) təşkil edib, o cümlədən 2 046,6 mln. manat (14,0%) qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilib.

Qeyri-neft bölməsinə yönəldilmiş vəsaitin 80,5%-i dövlət, 19,5%-i qeyri-dövlət mülkiyyətli müəssisə və təşkilatların payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR