İsrail Xarici İşlər Nazirliyi Niderland səfirindən izahat istəyib

İsrail Xarici İşlər Nazirliyi Niderland səfirindən izahat istəyib
# 10 yanvar 2014 16:39 (UTC +04:00)

Bakı – APA. Niderland səfiri İsrail Xarici İşlər Nazirliyi çağrılıb.

APA – nın BBC-yə istinadən verdiyi məlumata görə, İsrail Xarici İşlər Nazirliyi Hollandiyanın iri özəl pensiya fondunun İsrail banklarından öz aktivlərini çıxarmaq haqda qərarına görə diplomatdan izahat istəyib.

İsrail rəsmiləri bəyan edib ki, Niderland Krallığı İordan çayının qərb sahilində yəhudi məskənləri ilə bağlı problem üzündən Hollandiya şirkətlərinin İsraili boykot etmək qərarına öz mövqeyini bildirməlidir.

Xatırladaq ki, Hollandiyanın PGGM pensiya fondunun İsrail banklarını boykot etmək qərarından öncə “Vitens” şirkəti İsraildən olan tərəfdaşı ilə əlaqələri kəsib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR