HƏMAS lideri İrana səfər edəcək

HƏMAS lideri İrana səfər edəcək
# 15 oktyabr 2013 12:32 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Fələstinin HƏMAS hərəkatının lideri Xalid Məşəl İrana səfər edəcək.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə HƏMAS-ın sözçüsü Salah Bervedil bildirib.

Onun sözlərinə görə, səfər Fələstinin qarşı-qarşıya olduğu təhdidlər və digər məsələlərlə bağlı məsləhətləşmələr aparmaq üçün həyata keçiriləcək. Ancaq HƏMAS sözçüsü səfərin nə vaxt reallaşacağını açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR