Moldovanın baş naziri BMT-də Rusiya ordusunu Dnestryanıdan çıxarmağa çağırıb

Moldovanın baş naziri BMT-də Rusiya ordusunu Dnestryanıdan çıxarmağa çağırıb
# 27 sentyabr 2013 02:50 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Moldovanın baş naziri BMT Baş Assambleyasının iclasında çıxışı zamanı bəyan edib.

“Biz təhlükəsizlik zonasında hüquq-mühafizə orqanlarının təmaslarını fəallaşdırmağa, sabitliyin qorunmasına və bölgədəki sülhməramlı qüvvələrin beynəlxalq missiya ilə əvəzlənməsinə çalışırıq. Biz beynəlxalq öhdəliklərə uyğun olaraq Rusiya silahlı qüvvələrinin və silah-sursatlarının çıxarılmasını sona çatdırmağa çağırırıq”, deyə Moldovanın baş naziri qeyd edib.

Yuri Lyanke Kişinyovun ölkənin suverenliyini lazımi səviyyədə təmin edəcək kompromisə hazır olduğunu qeyd edib.

Yuri Lyanke çıxışının böyük hissəsini Moldova-AB münasibətlərinə və ölkəsinin avrointeqrasiya məsələlərinə həsr edib. Onun sözlərinə görə, ölkədəki islahatlar avrointeqrasiyaya hesablanaraq həyata keçirilir və hazırda ən aktual məsələ Avropa Birliyi ilə noyabrda imzalanacaq azad ticarət haqqında razılaşmanın üzərində lazımi işlərin aparılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR