Azərbaycanda ilk dəfə keçirilən Draytulinq üzrə respublika çempionatı uğurla başa çatıb - FOTO

Azərbaycanda ilk dəfə keçirilən Draytulinq üzrə respublika çempionatı  uğurla başa çatıb - <span style="color: red;">FOTO
# 16 dekabr 2013 07:29 (UTC +04:00)

Bakı – APA. Dekabrın 14-15-də Azərbaycanda ilk dəfə keçirdiyi draytulinq üzrə respublika çempionatı keçirilib.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yarışın final mərhələsinin sonunda qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalları, Azərbaycan Dağçılıq Ekstremal İdman Növləri Federasiyaları Assosasiyasının (ADEİNFA) pul mükafatı və FAİREX-in sertifikatları ilə təltif olunublar.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalar üzrə keçirilən çempionata FAİREX-in Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox klubunun (Bakıdan - “FHN Ekstremal” “Ekosport”, “Kyaniti”, “İrəli Ekstrim” “AMEAST” (ATİ), “Qaya Qartallari” (İqtisad Universiteti), “Qərb Universiteti”, “Climber”, “Gənclik” (İdman Akademiyası), “Macəra”, “Murov”, “Extralife”, “Marxal”, “Simurq”, “Bakı Avia”, “Rock Stone”, Şəkidən - “Şəki AMA.”, “Nuxa”, Qusardan - “Salavat”, “Zirvə”, İsmayıllıdan- “Qafqaz”, “Şahdağ MP”, “Babadağ”, Qaxdan- “Ekstremal”, Gəncədən- “Gəncə Ekstremal”, “Kəpəz”, Yardımlıdan - “Kəmər Qaya”, Zaqataladan - “Mountain Bee” və s.) 160-dan çox idmançısı qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR