Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub
# 13 sentyabr 2013 09:04 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-120, Kiçik Qafqazın çaylarında 60-110, Lənkəran-Astara bölgəsi çaylarında 30-50, Naxçıvan Muxtar Respublikası çaylarında isə normanın 50 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, sentyabrın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 95,0 m3/s, ongünlük normanın 68 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 95,0 m3/s olmaqla, ongünlük normanın 105 faizi qədərdir. Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 2, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma, Salyanda isə suyun səviyyəsində 6 sm artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR