Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 2 milyon manat ayrılıb

Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 2 milyon manat ayrılıb
# 23 sentyabr 2013 16:00 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti ilham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Quba şəhərində Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR