İran prezidenti Novruz bayramı münasibətilə Azərbaycan da daxil olmaqla 9 ölkəni təbrik edib

İran prezidenti Novruz bayramı münasibətilə Azərbaycan da daxil olmaqla 9 ölkəni təbrik edib
# 22 mart 2014 14:11 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Novruz bayramı münasibətilə Azərbaycan, Türkiyə, Əfqanıstan, Tacikistan, Pakistan, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Ermənistan prezidentlərinə təbrik məktubu ünvanlayıb.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, Həsən Ruhani öz məktubunda Novruzu sülh və dostluğun təcəlli etməsi ilə insaniyyət baharının başlaması kimi xarakterizə edib: “Bunun da ən yaxşı təcəllisi Novruz beynəlxalq mədəniyyətində özünü göstərir. Novruz BMT Baş Assambleyasında qəbul edilməsi ilə dünyaya aid olduğunu və insanlıq mədəniyyətinin bir mirası olaraq sayıldığını bildirdi. Novruz bayramı münasibətlə dünya daxilində, beynəlxalq mədəniyyət və ilahi dinlərin qanunları istiqamətində, qardaşlıq və mənəviyyat, gerçək ədalət və əxlaq təməlində sülh və dostluğun reallaşmasını arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR