«AXA-Mbask» şirkəti tələbələr üçün «Sığorta işinin təşkili» adlı kurslara başlayıb

«AXA-Mbask» şirkəti tələbələr üçün «Sığorta işinin təşkili» adlı kurslara başlayıb
# 13 yanvar 2014 08:34 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «AXA-Mbask» sığorta şirkəti «AXA-Mbask Akademiya» proqramı çərçivəsində tələbələr üçün «Sığorta işinin təşkili» adlı nəzəri və praktiki kurslara başlayıb. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bir ay davam edən kurs sayəsində tələbələr tam olaraq iş prosesinə daxil olub, sığorta şirkətinin fəaliyyət mexanizmi ilə tanış olacaqlar.

Eyni zamanda, iştirakçılar təhsil zamanı əldə etdikləri bilikləri təcrübədə tətbiq etmək imkanı əldə edəcəklər. Kurs zamanı tələbələr şirkətin iş xüsusiyyətini öyrənəcək, təcrübi tapşırıqları yerinə yetirəcək, sığorta məhsullarının satış texnologiyası, anderraytinq, şirkətin sənəd dövriyyəsi, sığorta hadisələrinin tənzimlənməsi sahəsində biliklər, eləcə də risklərin idarə edilməsi üzrə ixtisaslaşdırılmış məsləhətlər əldə edəcəklər. Mühazirələr «AXA-Mbask»ın menecerləri və aparıcı mütəxəssisləri tərəfindən aparılacaq.

Kursun sonunda şirkət tələbələrə müvafiq sertifikatlar təqdim edəcək. Əlavə olaraq, fərqlənmiş tələbələr şirkətdə yay təcrübəsi keçəcək. Bundan sonra onlar şirkətdə daimi işə düzəlmək və uğurlu karyera qurmaq fürsəti əldə edəcəklər. Təlim müddətində bütün tələbələr bədbəxt hadisələrdən sığortalanacaq. Tələbələr üçün «Sığorta işinin təşkili» adlı nəzəri və praktiki kurslar hər rübün əvvəlində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR