Bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkilinə ikinci semestrin əvvəlindən başlanacaq

Bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkilinə ikinci semestrin əvvəlindən başlanacaq
# 24 yanvar 2014 11:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında qərarının icrası barədə əmr imzalayıb. Nazirlikdən APA-ya verilən xəbərə görə, əmrə əsasən, kredit sisteminin tətbiqi ilə bağlı tədris sənədlərinin (tədris planı, tədris qrafiki, ixtisas üzrə illik işçi tədris planı, tələbənin fərdi iş planı, müəllimin illik işçi tədris planı, dərs cədvəli, akademik transkript, tələbənin ərizə forması, tədris razılığı, akademik arayış, akademik təqvim, məlumat paketinin strukturu) nümunələri təsdiq edilib.

Ali təhsil müəssisələri tədris prosesinin "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın tələblərinə və tədris sənədlərinin təsdiq olunmuş nümunələrinə uyğun aparılmasını təmin etməlidirlər. Əmrdə qeyd olunur ki, bu, 2013/2014-cü tədris ilinin ikinci semestrinin əvvəlindən qüvvəyə minsin və həmin vaxtdan Təhsil Nazirliyinin "Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə"nin təsdiq edilməsi, habelə "Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında Əsasnamə"nin təsdiqi barədə əmrləri qüvvədən düşmüş hesab olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR