Məhkəmə adam oğurluğunda təqsirləndirilən dəstə üzvünün barəsində tibbi ekspertizanın keçirilməsinə qərar verib

Məhkəmə adam oğurluğunda təqsirləndirilən dəstə üzvünün barəsində tibbi ekspertizanın keçirilməsinə qərar verib
# 14 may 2013 14:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirli bilinən Vüsal İsbatov, Mirsəfa Mirbabalı, Əliağa Mirzəyev və Nübar Tarverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə V. İsbatovun barəsində psixiatrik tibbi ekspertizanın təyin olunması barədə qərar qəbul olunub. Bunun üçün də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

İttihama görə, ötən il avqustun 1-də Bakı şəhər sakini Samir Hüseynov Sabunçu rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, iyulun 31-də saat 15 radələrində özlərini iş adamı kimi təqdim edən şəxslər onu birgə iş qurmaq adı ilə naməlum ünvana dəvət ediblər. Həmin yerə gəldikdən sonra orada olan 3 kişi və 1 qadın bıçaqla onu hədələyərək əllərini bağlayıb azad olunması üçün 500 min ABŞ dolları tələb ediblər.

Fiziki təzyiq nəticəsində Samir Hüseynov tanışları vasitəsilə 150 min ABŞ dolları gətirdib. Pul verildikdən sonra həmin şəxslər hadisə yerindən gediblər. Zərərçəkən isə qollarını açaraq Polis Bölməsinə gəlib. Bu cinayət faktı ilə əlaqədar həyata keçirilən əməliyyat-axtarış tədbirləri avqustun 8-də uğurla başa çatıb. Bu əməli törədənlər - Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuşlar Vüsal İsbatov, Mirsəfa Mirbabalı, eləcə də, Əliağa Mirzəyev və Nübar Tarverdiyeva müəyyən edilərək saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR