ABŞ İranın “Cenevrə - 2” konfransında iştirakını alqışlayır

ABŞ İranın “Cenevrə - 2” konfransında iştirakını alqışlayır
# 13 yanvar 2014 14:42 (UTC +04:00)

Bakı – APA. “Biz İranın Suriya ilə bağlı beynəlxalq konfransda iştirakını alqışlayırıq. Bir şərtlə ki, Tehran Cenevrə kommünikenin şərtlərini yerinə yetirməyə hazır olduğunu təsdiq etsin”.

APA – nın BBC-yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla ABŞ Dövlət departamentinin rəhbəri Con Kerri çıxış edib.

Rusiya XİN rəhbəri və BMT-nin xüsusi nümayəndəsi Lahdar Brahimi ilə danışıqlardan sonra jurnalistlərə açıqlama verən Kerri qeyd edib ki, hazırda İran Suriyadakı münaqişədə neqativ rol oynayır. Onun sözlərinə görə, buna səbəb Tehranın “Hizbullah”ı dəstəkləməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR