Azərbaycan prezidenti Argentina prezidentini təbrik edib

Azərbaycan prezidenti Argentina prezidentini təbrik edib
# 24 may 2013 16:52 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Argentina prezidenti xanım Kristina Fernandes de Kirşneri Argentinanın milli bayramı - May inqilabının ildönümü münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, prezident İlham Əliyev ümid etdiyini bildirib ki, Azərbaycan-Argentina dövlətlərarası münasibətlərinin inkişafı dostluq əlaqələrimizin daha da möhkəmlənməsi və əməkdaşlığımızın genişlənməsi üçün yeni imkanlar açacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR