Suriya xarici işlər nazirinin müavini İranda səfərdədir

Suriya xarici işlər nazirinin müavini İranda səfərdədir
# 07 yanvar 2014 11:34 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Suriya xarici işlər nazirinin müavini Faysal Miqdad İranda səfərdədir.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, F. Miqdadın bu gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşü gözlənilir.

O, ikigünlük səfər çərçivəsində İran xarici işlər nazirinin Afrika və ərəb ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahian və digər rəsmilərlə də görüşəcək. Görüşlərdə Suriya böhranı və bununla bağlı yanvarın 22-də İsveçrədə keçirilməsi planlaşdırılan beynəlxalq konfrans əsas müzakirə mövzusu olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR