Hicran Hüseynovanın Goranboyda keçiriləcək qəbulunun vaxtı dəyişdirilib

Hicran Hüseynovanın Goranboyda keçiriləcək qəbulunun vaxtı dəyişdirilib
# 04 aprel 2014 07:54 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın aprelin 25-də Goranboyda nəzərdə tutulan vətəndaşlarla qəbulu aprelin 15-nə keçirilib.

Bu barədə APA-ya Komitədən bildirilib. Məlumata görə, qəbulda Goranboy rayonu ilə yanaşı, yaxın rayonların, o cümlədən, Tərtər, Füzuli, Xocavənd, Bərdə, Ağcabədi, Ağdam, Laçın Xocalı rayonlarından olan vətəndaşlar da iştirak edəcəklər.

Qəbulda vətəndaşları daha çox narahat edən məsələlər, xüsusilə, qızların təhsildən yayınmaları, erkən nikah və boşanmaların yaratdığı problemlər, qadın sahibkarlara dəstək, işlə təminat, alimentlərin ödənilməsindəki çətinliklər, qadın hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı müraciətlərə baxılacaq.

Qəbul gəlmək istəyən vətəndaşlar AQUPDK-nin Kadr və kargüzarlıq şöbəsi (Əlaqə telefonu: (012) 4980092) və Goranboy rayon İcra Hakimiyyəti ilə əlaqə saxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR