Azərbaycan prezidenti Şamaxıya səfər edib - YENİLƏNİB - FOTOSESSİYA

Azərbaycan prezidenti Şamaxıya səfər edib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 16 may 2013 18:14 (UTC +04:00)

Bakı-APA. Mayın 16-da Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Şamaxıda inşa olunmuş Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib. APA-nın verdiyi xəbərə görə, prezident İlham Əliyevə bildirildi ki, bu incəsənət ocağı musiqi məktəbi kimi 1959-cu ildən fəaliyyət göstərir. 1995-ci ildə isə həmin məktəbin bazasında Uşaq İncəsənət Məktəbi yaradılıb. Məktəb 1984-cü ildən yararsız binada fəaliyyət göstərirdi. On bir şöbədən ibarət müəssisədə 70 müəllim çalışır, 384 şagird musiqi təhsili alır. Bina uzun illər əsaslı təmir olunmadığına görə tam yararsız vəziyyətə düşüb və sökülmüşdü. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həmin ünvanda Şamaxı Uşaq Yaradıcılıq Mərkəzi üçün üçmərtəbəli yeni müasir bina inşa edilib.

Dövlət başçısı Heydər Əliyev Fondunun fəaliyyətinə həsr olunmuş fotoguşəyə baxıb. Burada “Azərbaycan keçmiş əsrlərdə və bu gün “ mövzusunda təqdim olunan sərgi-kompozisiyada qədim və müasir memarlıq nümunələri, həmçinin milli mədəniyyət və məişət ənənələri nümayiş etdirilir.

Qeyd edək ki, Mərkəzdə ümumilikdə 54 tədris, iki qrim, iki rəsm, iki rəqs və digər yardımçı otaqlar, akt zalı, sərgi salonu yaradılıb. Burada tar, kamança, piano və digər musiqi fənləri tədris olunacaq. Tədris sinifləri və digər yardımçı otaqlar ən müasir avadanlıqla təchiz edilib. Binada müasir elektrik və istilik sistemləri quraşdırılıb. Mərkəzin akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait var.

Prezident İlham Əliyev Uşaq Yaradıcılıq Mərkəzinin xalq çalğı alətləri orkestrinin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından üverturanı dinləyib.

*******

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev mayın 16-da Şamaxıda yenidən qurulan Olimpiya İdman Kompleksi ilə tanış olub. APA-nın xəbərinə görə, regionun ən böyük olimpiya-idman komplekslərindən biri olan bu qurğuda yarışların, təlim-məşq toplantılarının və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Prezident İlham Əliyev Şamaxı Olimpiya Mərkəzində futbol meydançasının, üzgüçülük hovuzunun və yeni idman zalının açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilərək, qeyd olundu ki, Şamaxı Olimpiya Mərkəzində yeni idman zallarının və qurğularının tikintisinə 2010-cu ilin fevralında başlanıb. Layihəyə əsasən 2500 kvadratmetr olan binaların fasadı dəyişdirilib, müasir dizaynlı materiallar və şüşələrlə örtülüb. Mərkəzin bütün havalandırma, işıqlandırma sistemləri yenilənib. Üzgüçülük hovuzunun dam örtüyünün metal konstruksiya hissələri dəyişdirilib.

Burada dövlət başçısına ölkədə tikintisi nəzərdə tutulan olimpiya mərkəzinin yeni hazırlanmış layihəsi təqdim olunub.

Sonra prezident İlham Əliyev Mərkəzin idman zallarını və otaqlarını gəzdi. Konfrans zalında müxtəlif tədbirlərin keçirilməsi üçün əlverişli şərait var. Oyun meydançalarının örtükləri və oturacaqları dəyişdirilib, əlavə məşq zalı inşa edilib. Binanın daxilində trenajor-fitnes zalları və sauna fəaliyyət göstərəcək. İki min nəfərlik tribunası olan beynəlxalq standartlara uyğun futbol stadionu inşa edilib, yeni qaçış zolağı salınıb. Burada yüksək səviyyəli yarışların keçirilməsi mümkün olacaq. Müasir tələblərə uyğun 8 kottec inşa edilib. Ərazini sel sularından qorumaq üçün suötürücü beton kanal çəkilib. Bütün ərazidə elektrik təchizatı, suvarma, istilik şəbəkəsi qurulub. Elektrik transformatorları üçün yeni bina inşa edilib. Yeni rabitə xətləri çəkilib, daxili avtomat telefon stansiyası, təhlükəsizlik kameraları quraşdırılıb. Bütün ərazi Wİ-Fİ internet şəbəkəsi ilə təmin edilib. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirərək, tapşırıqlarını verib.

+++ 17.14

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev mayın 16-da Şamaxı rayonuna səfər edib.

APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin Şamaxı şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Azərbaycan prezidentinə abidənin yerləşdiyi Heydər Əliyev Parkında yaradılan şərait barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR