Sergey Lavrov: “Ekspertlər Suriyanın kimyəvi silahlarının məhvinə dair təkliflər hazırlayacaqlar”

Sergey Lavrov: “Ekspertlər Suriyanın kimyəvi silahlarının məhvinə dair təkliflər hazırlayacaqlar”
# 17 sentyabr 2013 13:28 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya və ABŞ-dan olan ekspertlər yaxın günlərdə Suriyanın kimyəvi silahlarının məhv edilməsinə dair təkliflər mexanizmi hazırlayacaqlar. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada fransalı həmkarı Loran Fabiusla birgə keçirdiyi brifinqdə deyib. O bildirib ki, ekspertlərin fikrincə, məsələnin həlli üçün Cenevrə sənədində olan mülahizələri hüquqi və dəqiq başa düşülən dilə tərcümə eləmək lazımdır: “Amerikalı və bizim ekspertlər tərəfindən hazırlanan bu layihə yaxın günlərdə təqdim ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR