Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq xilas edilib

Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq xilas edilib
# 29 oktyabr 2013 21:05 (UTC +04:00)

Bakı-APA. Bakının Binəqədi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsi ilə binanın damından enərək daxil olub və giriş qapısını açıblar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış azyaşlı uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR