Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əsərlərin müxtəlif dillərdə tədqiqatı nəşr olunacaq

Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əsərlərin müxtəlif dillərdə tədqiqatı nəşr olunacaq
# 08 yanvar 2014 07:00 (UTC +04:00)

Bakı – APA. İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldinin təşəbbüsü və rəhbərliyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Nizami Gəncəvi irsi üzrə dünyanın ən tanınmış araşdırmaçıları ilə birgə Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əsərlərin müxtəlif dillərdə tədqiqatını nəşr edəcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən APA-ya verilən məlumata görə, məqsəd N. Gəncəvinin dünyada tanıtdırılması və ədəbiyyatının kökündə duran dəyərlərin təbliğ olunmasıdır.

Bununla bağlı artıq Hindistan, ABŞ, Misir Ərəb Respublikası, Böyük Britaniya Krallığı, Fransada mövcud arxivlərin araşdırılmasına başlanılıb.

İsgəndəriyyə Kitabxanasının dəstəyi ilə Nizami Gəncəvi irsinə aid ədəbiyyatların kataloqlaşdırılması da aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR