İranda 2 nəfər edam edilib

İranda 2 nəfər edam edilib
# 01 dekabr 2013 01:34 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda iki nəfər edam edilib. APA-nın məlumatına görə, İranın Sistan və Bəlucistan vilayətində bir məhbus qətldə günahlandırılaraq dara çəkilib. Məhəmməd Moini 8 il edam olunacağı günü gözləyib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra noyabrın 30-da səhər saatlarında Zahidan şəhərinin mərkəzi həbsxanasında icra edilib.

Bundan başqa, İranın Kirmanşah vilayətində də bir nəfər edam edilib. Məhbus qətldə günahlandırılaraq dara çəkilib. Əhədullah Mahmudinin 45 yaşı olub və 4 il edam ediləcəyi günü gözləyib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra noyabrın 26-da səhər saatlarında Kirmanşah şəhərinin mərkəzi Dizelabad həbsxanasında icra edilib. Ancaq bu barədə heç bir rəsmi məlumat yayılmayıb və mətbu orqanlar da xəbər dərc etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR