Belarus və Azərbaycanın mütəxəssisləri uşaq kardiocərrahiyyəsini birgə müzakirə ediblər

Belarus və Azərbaycanın mütəxəssisləri uşaq kardiocərrahiyyəsini birgə müzakirə ediblər
# 19 dekabr 2013 13:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda kardiocərrahiyyə xidmətinin təkmilləşdirilməsi davam etdirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ölkədə kardiocərrahiyyə xidmətinin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Belarusun Kardiologiya və Kardiocərrahiyyə İnstitutunun aparıcı mütəxəssisləri azərbaycanlı müdavimlər üçün elmi - praktiki seminarlar, master-klasslar və mühazirələr keçiriblər. Dekabr ayı ərzində akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin bazasında təşkil olunmuş seminarlarda əsasən uşaq kardiocərrahiyyəsi mövzularına üstünlük verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR