Danimarkada türkdilli xalqların Koordinasiya Şurası yaradılıb

Danimarkada türkdilli xalqların Koordinasiya Şurası yaradılıb
# 11 iyun 2014 09:04 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Avropada yaşayan türkdilli xalqlar vahid Koordinasiya Şurası yaradıblar. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı Danimarkada fəaliyyət göstərən türkdilli xalqların diaspor təşkilatı rəhbərlərinin toplantısı keçirilib.

Paytaxt Kopenhagendə fəaliyyət göstərən "Azərbaycan Evi”ndə baş tutmuş görüşdə Azərbaycanın “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi, Cənubi Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Abbas Seyidlər, Skandinaviya Ülkü Ocaqları başqanı Bahadur Gülər, Türkmən Yardım Cəmiyyətinin başçısı Yurtan Karvancı və başqa cəmiyyət sədrləri iştirak edib. Toplantıda "Vətən" Cəmiyyətinin təşəbbüsü ilə Türkdilli Cəmiyyətlər Birliyinin Koordinasiya Şurasının yaradılması müzakirə olunub.

Səfər Sadiqi toplantını açaraq bildirib ki, Koordinasiya Şurasının yaradılması gələcəkdə tədbirlərin birlikdə, planlı şəkildə təşkilinə və əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək. S. Sadiqinin bu təşəbbüsünü dəstəkləyən türkdilli cəmiyyətlərin rəhbərləri qurumun yaradılmasının zəruri olduğunu bildiriblər.

Sonda növbəti toplantının bu ilin sentyabr ayında Kopenhagen Ülkü Ocaqlarında keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR