DAK “Güney Azərbaycandakı son durum və DAK-ın vəzifələri” mövzusunda dəyirmi masa keçirilib - FOTO

DAK “Güney Azərbaycandakı son durum və DAK-ın vəzifələri” mövzusunda dəyirmi masa keçirilib - <span style="color: red;">FOTO
# 30 iyul 2013 11:53 (UTC +04:00)

APA-nın məlumatına görə, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı İranda Azərbaycan türklərinin qarşılaşdığı problemlər, təzyiqlər, milli haqlarının alınması uğrunda mübarizənin vəziyyəti, Urmiya gölünün vəziyyəti haqda danışıb. S. Rüstəmxanlı beynəlxalq ictimaiyyətin Urmiya gölündəki ekoloji vəziyyətə diqqətinin yönəldilməsinin vacibliyini vurğulayıb.


DAK sədri İrandakı prezident seçkiləri, yeni prezident seçilən Həsən Ruhani haqda da fikirlərini bölüşüb. Onun sözlərinə görə, hazırkı məqamda İranda kimin prezident seçilməsi, hakimiyyətin mahiyyətini dəyişmir. DAK sədri İranın yeni prezidentinin milli haqların tanınması məsələsində səmimiliyinə inanmadığını da qeyd edib.

Gürcüstandakı azərbaycanlıların vəziyyəti haqda da danışan S. Rüstəmxanlı deyib ki, özünü dünyaya demokratik ölkə kimi təqdim edən və bu istiqamətdə təbliğat aparan ölkədə belə problemlər olmamalıdır. S. Rüstəmxanlı Gürcüstandakı azərbaycanlıların problemlərinin yerində həll olunmasının vacibliyini də vurğulayıb. S. Rüstəmxanlı Çin hökumətinin uyğur türklərinə olan münasibətini də tənqid edib. DAK sədrinin sözlərinə görə, Çinin iqtisadi müəssisələrinin – təbii ehtiyatlarının böyük hissəsi uyğurlar yaşayan bölgələrə düşür: “Lakin Çin türklərin haqlarını heç bir halda tanımır, əvəzində kütləvi həbslər hələ də davam edir. Vəziyyət onu göstərir ki, harada türk varsa, orada onun düşməni də var”.

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, KXCP sədri Mirmahmud Mirəlioğlu, Dünya Türküstan Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Türksünay Türksoy və digərləri çıxış edərək, türk dünyasının qarşılaşdığı problemlər, repressiyalar haqda danışıblar. Çıxışlarda türk dünyasının əməldə birliyinin zəruriliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR