Milli Şuranın fəaliyyətində iştirak etməyənlərin üzvlükdən çıxarılması nəzərdə tutulur

Milli Şuranın fəaliyyətində iştirak etməyənlərin üzvlükdən çıxarılması nəzərdə tutulur
# 01 noyabr 2013 13:53 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyasında qurumun fəaliyyətində iştirak etməyən üzvlərin məsələsinə baxıla bilər.

Bu barədə APA-ya məlumat verən Milli Şuranın üzvü, “El” hərəkatının sədr müavini Köçəri Nağıbəyli bildirib ki, Milli Şurada davamiyyət və başqa məsələlər qurumun “Etika” komissiyasında müzakirə olunacaq: “Növbəti sessiyada Milli Şuradan çıxarılan və yeni üzvlərlə bağlı qərar verilə bilər”.

Onun sözlərinə görə, sessiyada quruma yeni üzvlərin qəbulu məsələsinə də baxılması nəzərdə tutulub. K.Nağıbəyli qeyd edib ki, sessiyada Milli Şuranın həmsədrlik məsələsi də müzakirəyə çıxarıla bilər.

Qeyd edək ki, Milli Şuranın növbəti sessiyasının vaxtı hələ müəyyənləşməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR